De Byazi bu futbolçuları niyə "gözdən çıxartdı"?

23 May 2021 14:00 Milli komanda 1 581
De Byazi bu futbolçuları niyə "gözdən çıxartdı"?

Azərbaycan millisinin heyətində ciddi dəyişikliklər edilib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Canni de Byazi martda keçirilən oyunlara çağırılan 7 oyunçuya bu dəfə ehtiyac duymayıb.

Yığmanın aparıcı üzvləri sayılan “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev və hücumçusu Mahir Emreli zədə səbəbindən 29 nəfərlik siyahıya salınmayıb.

Həmçinin “Sabah”ın müdafiəçisi Amin Seydiyev, yarımmüdafiəçisi Coşqun Diniyev, “Səbail”in hücumçusu Amil Yunanov, “Sumqayıt”ın isə arxa xətt oyunçusu Tellur Mütəllimovla yarımmüdafiəçisi Xəyal Nəcəfov millidən kənarda qalıblar.

Yığmamız budəfəki təlim-məşq toplanışı çərçivəsində mayın 27-də Türkiyə, iyunun 2-də Belarus, 6-da isə Moldova ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti