Dövlət rəsmiləri bu icazəni verdi - Millimizin oyunu ilə bağlı

22 May 2021 13:40 Milli komanda 1 681
Dövlət rəsmiləri bu icazəni verdi - Millimizin oyunu ilə bağlı

Azərbaycan və Moldova komandaları arasında Kişineudakı yoldaşlıq oyununun azarkeşlərin iştirakı ilə keçirilmə ehtimalı yüksəkdir.

Sportinfo.az "Moldfootball" nəşrinə istinadən xəbər verir ki, Kişineu bələdiyyəsinin Fövqəladə Xalq Sağlamlığı Komissiyası idman tədbirlərində tamaşaçılara tribunaların tutumunun 50 faizini doldurmağa icazə verib.

Yerli federasiya "Şerif" və "Sfıntul George" komandaları arasında ölkə kubokunun finalının azarkeşlərlə olacağını təsdiqləyib. Eyni qərarın Moldova - Azərbaycan qarşılaşmasına da şamil ediləcəyi gözlənilir.

Moldova - Azərbaycan oyunu iyunun 6-da "Zimbru" stadionunda baş tutacaq. Ölkə kubokunun finalı mayın 30-də eyni arenada gerçəkləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti