Azərbaycan millisinə ilk dəfə dəvət aldı - Tanış ölkənin tanış klubundan

21 May 2021 13:20 Milli komanda 7 147
Azərbaycan millisinə ilk dəfə dəvət aldı - Tanış ölkənin tanış klubundan

Ukraynadan "Minay"ın daha bir futbolçusu Azərbaycan millisinə çağırılıb.

Sportinfo.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Anatoli Nuriyevdən əlavə, ilk dəfə Rüstəm Əhmədzadəyə də dəvət göndərilib.

Onlar millinin mayın 22-dən başlayan təlim-məşq toplanışında iştirak edəcəklər. Hazırlıq prosesi müddətində 3 yoldaşlıq görüşü nəzərdə tutulub.

Azərbaycan yığması mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişinyovda Moldova ilə üz-üzə gələcək.

Anatoli Nuriyev indiyədək millidə 3 oyun keçirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti