Azərbaycan yığması bu gün bir araya gələcək. Komandamıız 3 günlük toplanışı Bakıda keçəcək.
Milli üzvləri mayın 25-də Türkiyəyə yola düşücək.
Maraqlıdır ki, AFFA Canni De Byazinin düşərgəyə çağırdığı futbolçuların adlarını hələ açııqlamayıb. Federasiyanın rəsmi saytında bu barədə bir cümləlik xəbər də yerləşdirilməyib.
Hazırlıq prosesinin ilk 3 günündə iki klubun – «Keşlə» və «Sumqayıt»ın oyunçuları iştirak etməyəcək. Çünki adıçəkilən komandalar mayın 24-də ölkə kubokunun final matçına çıxacaq.
Millimiz mayın 27-də Alanyadakı Oba stadionunda Türkiyədən olan həmkarlarıyla yoxlama görüşündə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. De Byazinin başçılıq etdiyi kollektiv "ay-ulduzlular"la görüşdən sonra iyunun 2-də Minsk şəhərində Belarus, iyunun 6-da isə Kişineuda Moldova yığması ilə üz-üzə gələcək.
SPORTİNFO.AZ

