Bu futbolçunu Azərbaycan yığmasından Günəş "oğurlayıb" - TƏFƏRRÜAT

14 May 2021 13:00 Milli komanda 1 017
Bu futbolçunu Azərbaycan yığmasından Günəş "oğurlayıb" - TƏFƏRRÜAT

Dünən daha bir milliləşdirilmiş legioner Azərbaycan yığması ilə vidalaşdı.

U-21-in üzvü Emre Kaplan yığmamızda oynamaqdan imtina edib.

20 yaşlı türkiyəli müdafiəçi bu barədə instaqram hesabında paylaşım edib. O, artıq beynəlxalq arenalarda Türkiyəni təmsil etmək istədiyini bildirib:

“Təşəkkürlər Azərbaycan. Azərbaycan millisinin formasını geyindiyim üçün çox qürurlu və xoşbəxt idim.

Üzərimdə əməyi olan bütün məşqçilərə, birlikdə tər tökdüyümüz komanda yoldaşlarına minnətdaram. Dost və qardaş bir ölkənin gənclər komandasını tərk edərək bundan sonra “ay-ulduzlu” formanı tərlədəcəyimin həyacanını və qürurunu yaşayıram”.

Emre Kaplan daha əvvəl U-19 millimizdə də çıxış edib. O, həm U-19, həm də U-21-də 3 rəsmi oyunda meydana çıxıb.

Müqavilə ilə “Başakşəhər”ə məxsus olan 20 yaşlı futbolçu icarə əsasında “Bodrumspor”un şərəfini qoruyur.

Emre Azərbaycan yığmasından imtina etməzdən öncə Türkiyə Futbol Federasiyasının (TFF) menecer qrupu ilə görüşüb. TFF-nin təmsilçiləri onu Şenol Günəşin diqqət mərkəzində olması barədə məlumatlandırıb.

Müdafiəçiyə bildirilib ki, o, hələ 1 il öncə əsas millinin baş məşqçisinin maraq dairəsinə düşüb. Günəş onunla bağlı hazırlanmış raportu nəzərdən keçirib və yaxın gələcəkdə sərəncamında görmək istədiyini söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti