Millimizdə oynamaqdan imtina etdi, bu ölkəni seçdi

14 May 2021 00:56 Milli komanda 3 633
Millimizdə oynamaqdan imtina etdi, bu ölkəni seçdi

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Emre Kaplan yığmamızda oynamaqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, milliləşdirilmiş 20 yaşlı türkiyəli müdafiəçi bu barədə İnstaqram hesabında paylaşım edib.

O, artıq beynəlxalq arenalarda Türkiyəni təmsil etmək istədiyini bildirib:

“Təşəkkürlər Azərbaycan. Azərbaycan millisinin formasını geyindiyim üçün çox qürurlu və xoşbəxt idim. Üzərimdə əməyi olan bütün məşqçilərə, birlikdə tər tökdüyümüz komanda yoldaşlarına minnətdaram.

Dost və qardaş bir ölkənin gənclər komandasını tərk edərək, bundan sonra “ay-ulduzlu” formanı tərlədəcəyimin həyacanını və qürurunu yaşayıram”.

Emre Kaplan daha əvvəl U-19 millimizdə də çıxış edib. O, həm U-19, həm də U-21-də 3 rəsmi oyunda iştirak edib. Müqavilə ilə “Başakşəhər”ə məxsus olan 20 yaşlı futbolçu icarə əsasında “Bodrumspor”da çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti