Millinin baş məşqçisi AFFA-nın əleyhinə danışdı: "Mən bunu öz ziyanıma deyirəm"

9 May 2021 17:20 Milli komanda 1 075
Millinin baş məşqçisi AFFA-nın əleyhinə danışdı: "Mən bunu öz ziyanıma deyirəm"

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ölkəmizin daxili futbol sferasından gileylənib.

Sportinfo.az xəbər verir ki, o, İtaliya mediasıına açıqlamasında Premyer Liqanın ürəkaçan səviyyədə olmadığını vurğulayıb:

”1991-ci ilədək Azərbaycan komandaları SSRİ çempionatında oynadığı zaman texniki baxımdan müsbət ssenari var idi.

Bu gün Azərbaycan çempionatı böyük liqa deyil. Cəmi 8 klub var ki, heyətlərində 6 yerli çıxış edir və onlardan biri də gəncdir.

Azərbaycanlı futbolçu o qədər azdır ki, seçim imkanım yoxdur. Əgər legioner limitini aradan qaldırsalar, futbolçular başa düşər ki, rəqabətsiz əsas liqada oynaya bilməzlər.

Mən bunu öz ziyanıma deyirəm. Amma belə olsa, inkişaf artar. Ən azı yuxuda olanları oyadırsız, çünki onsuz da çox oynayırlar”.

Azərbaycan millisi mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də Minskdə Belarus, 5-də isə Kişinyovda Moldova ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!