De Byazi dedi: "Sürətlə böyüməyə ehtiyac var, daha çox çalışmalıyıq”

7 May 2021 13:40 Milli komanda 711
De Byazi dedi: "Sürətlə böyüməyə ehtiyac var, daha çox çalışmalıyıq”

“Millidə iş davam edir, daha çox çalışmalıyıq.

Bütün oyunçularımın Azərbaycanda daxilində oynamasına baxmayaraq, sürətlə böyüməyə ehtiyac var”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliya mətbuatına müsahibə verən təcrübəli mütəxəssis millimizdəki işindən də bəhs edib. Qarşıda Türkiyə, Belarus və Moldova ilə yoldaşlıq görüşü keçirəcəklərini xatırladan de Byazi, xüsusən də, Türkiyə yığmasını tərifləyib:

“Bunlar qəti sınaqlardır. Türkiyə yığması böyüyür, ölkədən kənarda bir çox oyunçuları var. Öz çempionatlarındakı futbolçular, demək olar ki, ehtiyat qüvvə sayılır.

Maraqlı nəticələr əldə ediblər. İtaliya yığması AVRO-2020-nin ilk matçında onlara qarşı arxayın hazırlaşmamalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”