Azərbaycan Ukrayna, Özbəkistan və Tunisə rəqib oldu

6 May 2021 17:20 Milli komanda 1 316
Azərbaycan Ukrayna, Özbəkistan və Tunisə rəqib oldu

Azərbaycan U-21 millisi mayın sonunda Ukraynada təşkil ediləcək Valeri Lobanovski xatirə turnirində iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, turnirə 4 komanda qatılacaq. yığmamız ilə yanaşı, Ukrayna, Özbəkistan və Tunisin U-21 milliləri qüvvəsini sınayacaq.

Millan Obradoviçin rəhbərlik etdiyi komanda ilk oyununu mayın 26-da ev sahibi Ukraynaya qarşı keçirəcək. Bu matçın qalibi 2 gün sonra digər cütün güclüsü ilə final matçına çıxacaqsa, məğlub tərəf 3-cülük matçı oynayacaq.

Sözügedən turnir ötən il koronavirus pandemiyası səbəbindən baş tutmamışdı.

Digər Xəbərlər
Xəbər Lenti