"Artıq Azərbaycan yığmasında oynamaq şansım yoxdur”

29 Aprel 2021 21:20 Milli komanda 1 550
"Artıq Azərbaycan yığmasında oynamaq şansım yoxdur”

“Fikrimcə, artıq Azərbaycan yığmasında oynamaq şansım yoxdur”.

Sportinfo.az xəbər verir ki, bunu “Sumqayıt”ın sabiq futbolçusu Əmir Ağayev deyib.

Azərbaycan millisinə dəvət olunması üçün FİFA-ya müraciət edilən israilli yarımmüdafiəçi yığmamızda oynamaq perspektivinə azerisport.com saytına açıqlamasında aydınlıq gətirib.

Hazırda Yunanıstanın “Atromitos” klubunda çıxış edən futbolçu qeyri-müəyyənlikdə olduğunu bildirib: “Əslində, mən hələlik heç nə bilmirəm.

Ən yaxşısı onlardan soruşun. Problemin nədə olduğu barədə məlumatsızam. Buna görə də heç nə deyə bilmərəm. Gözləyirəm, başqa edə biləcəyim nə isə yoxdur”.

2019/20 mövsümündə “Sumqayıt”da oynamış Əmir İsrailin U-19 və U-21 yığmalarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti