Azərbaycan millisi üçün 76 milyon avroluq… YENİ MƏKAN

29 Aprel 2021 12:40 Milli komanda 747
Azərbaycan millisi üçün 76 milyon avroluq… YENİ MƏKAN

Lüksemburq yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycana qarşı ev oyununu yeni stadionda keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Lüksemburq bələdiyyəsinin sədri Lidi Polfer "Paperjam" nəşrinə açıqlamasında məlumat verib.

O bildirib ki, məqsədləri Lüksemburq - Azərbaycan oyununu yeni stadionda təşkil etməkdir.

"Stade de Luxembourg" arenasının inşasına 76 milyon avrodan çox vəsait xərclənib, azarkeş tutumu isə 9385-dir.

Sentyabrın 1-də keçiriləcək Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!