De Byazi bu futbolçuya işarə etdi, AFFA ilə məsləhətləşdi

27 Aprel 2021 20:20 Milli komanda 2 228
De Byazi bu futbolçuya işarə etdi, AFFA ilə məsləhətləşdi

Yığmanın baş məşqçisi Canni De Byazi «Sumqayıt»ın iranlı hücumçusu Əli Qurbanidən sonra Premyer Liqada çıxış edən daha bir əcnəbini milliləşdirmək fikrindədir.

Sportinfo.az-ın məlumatına görə, italiyalı mütəxəssis «Qarabağ»dan Flip Ozobiçlə bağlı AFFA ilə məsləhətləşmələr aparıb.

Apenninli çalışdırıcı xorvatiyalı yarımmüdafiəçini aylardan bəridir yaxından izlədiyini və çox bəyəndiyini bildirib.

De Byazi balkanlı orta sahə oyunçusunun «Qarabağ»ın uğurlu çıxışında kilid isimlərdən biri olduğunu söyləyib və əminliklə qeyd edib ki, o, millini daha da gücləndirəcək.

Baş məşqçi karyerasını 5 ildir ölkəmizdə davam etdirən Ozobiçin vaztilə Xorvatiyanın aşağı yaş qrupları üzrə yığmalarına çağırıldığını, həmçinin əsas millinin beynəlxalq yoldaşlıq görüşlərinə dəvət aldığını bildiyini vurğulayıb.

Bununla belə, italyan futbolçunun özüylə görüşərək, onu Azərbaycan üçün mübarizə aparmağa razı salacağına inandığını deyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"