Milli "Səbail"ə böyük hesabla uduzdu

27 Aprel 2021 01:24 Milli komanda 721
Milli "Səbail"ə böyük hesabla uduzdu

U-19 millimiz Bakıda təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, yığma daha bir yoxlama oyunu keçirib.

Millimizin budəfəki rəqibi “Səbail” olub. Premyer Liqa təmsilçisi bu oyundan 4:0 hesablı qələbə ilə ayrılıb.

“Dənizçilər”in heyətində Amil Yunanov het-trik edib. 25-ci dəqiqədə penaltidən dəqiq yararlanan hücumçu, 60 və 75-ci dəqiqələrdə də fərqlənib. Digər qolu isə 30-cu dəqiqədə Mirsahib Abbasov rəqib qapısından keçirib.

U-19 millimiz bundan əvvəlki sınaq matçında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına 1:2 hesabıyla uduzmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti