Qiymətini verdi – Ondan sonra Azərbaycan yığmasında nə dəyişib?

25 Aprel 2021 16:40 Milli komanda 889
Qiymətini verdi – Ondan sonra Azərbaycan yığmasında nə dəyişib?

"Azərbaycan millisindən elə də güclü olmayan komandaların çıxış etdiyi Millətlər Liqasındakı oyunlarına baxmışam".

Sportinfo.az xəbər verir ki, bu sözləri yığmamızın sabiq baş məşqçisi Nikola Yurçeviç deyib.

Xorvat mütəxəssis ölkəmizi tərk edəndən sonra komandamızın əksər oyunlarını izlədiyini vurğulayıb: "Yeni millinin çıxışları fərqli olur. Bəzi oyunlarda Azərbaycan yaxşı çıxış edir.

Misal üçün, Kiprə qarşı keçirilən oyunları qeyd edə bilərəm. Digər matçlarda millinin çıxışını normal dəyərləndirə bilərəm.

Buna misal olaraq Lüksemburq, Monteneqroya qarşı keçirilən görüş və Sloveniya ilə 0:0 başa çatan oyunu qeyd edə bilərəm.

Həmin oyunda Azərbaycan millisi qələbəyə yaxın oldu. Lakin Lüksemburqa qarşı evdə, Monteneqroya qarşı səfərdə keçirən oyunlarda Azərbaycan millisi yaxşı oynamadı".

Digər Xəbərlər
Xəbər Lenti