"Heç kim Azərbaycanla oyunun mükafatı haqqında danışmır"

23 Aprel 2021 23:00 Milli komanda 743
"Heç kim Azərbaycanla oyunun mükafatı haqqında danışmır"

"Burada maddiyyatla bağlı sual yoxdur. İrlandiyanı məğlub etsək, nə qədər qazanacağıq, Azərbaycana qalib gəlsək, mükafat nə olacaq kimi məsələlər barədə komandada heç kim danışmır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə oyunlarında əldə etdikləri nəticələri qarşılığında qazancları barədə danışarkən deyib.

56 yaşlı mütəxəssis futbolçuların mükafat haqqında düşünmədiklərini sözlərinə əlavə edib: "Sizə həqiqəti deyirəm: Bir-birimizi gördüyümüz ilk gündən bu vaxtadək heç kim pul soruşmayıb.

Oyunçulardan heç biri "Biz nə üçün oynayırıq, final mərhələsinə vəsiqə əldə etsək, mükafat və bonuslar nədir" deməz".

Stoykoviçin fikrincə, bu, seçmə mərhələdəki çıxışlarının daha bir müsbət tərəfini göstərir: "Deyilənlərə görə, əvvəllər belə olmayıb. Maddiyyatdan önəmli heç nə yoxdur, lakin mənəvi cəhətdən patriotizm maddiyyatı üstələyir. Çünki bu, daha yüksək hədəfdir".

Serbiya A qrupunda İrlandiyanı 3:2, Azərbaycanı 2:1 hesabı ilə məğlub edib, Portuqaliya ilə isə heç-heçə edib - 2:2. Hazırda bu komanda Portuqaliya ilə birgə hərəyə 7 xalla ilk 2 pilləni bölüşür.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq
13 Oktyabr 20:00 Budur, Ukrayna?