"Ronaldo Azərbaycanla oyunda çox əsəbi idi"

22 Aprel 2021 20:40 Milli komanda 741
"Ronaldo Azərbaycanla oyunda çox əsəbi idi"

"Bu adam özünü futbola həsr edib, ondan öyrənəcəyimiz çox şey var".

Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin müdafiəçisi Bədavi Hüseynova aiddir.

30 yaşlı arxa xətt oyunçusu Portuqaliyanın ulduzu Kriştianu Ronaldo haqqında danışıb:

"Ronaldonun istəyi və əzmi aşağı reytinqli komandalara qarşı oyunlarda da özünü dərhal göstərir. Qol vurmağa çalışır və komandaya qələbə gətirir.

Onsuz da, bacardığı hər şeyi qazanıb, amma meydanda maksimum dərəcədə mübarizə aparır. Bizə qarşı oyunda nəsə yolunda getməyəndə çox əsəbi oldu.

Başa düşdük ki, Ronaldoya bir az sərbəstlik versək, fürsətdən istifadə edəcək. Onunla mümkün qədər yaxın oynamağı bacardıq. Qapıçımız Şahruddin Məhəmmədəliyev möhtəşəm oyun göstərdi".

Digər Xəbərlər
Xəbər Lenti