Azərbaycan yığmasını seçməsi haqda: "Bu, mənim üçün həlledici oldu"

22 Aprel 2021 19:40 Milli komanda 1 103
Azərbaycan yığmasını seçməsi haqda: "Bu, mənim üçün həlledici oldu"

"O, mənə güvəndiyini söylədi".
Sportinfo.az xəbər verir ki, bu sözlər millimizin hücumçusu Anatoli Nuriyevə məxsusdur.

Ukraynada "Minay"ın formasını geyinən 25 yaşlı futbolçu bildirib ki, vətəndaşlığını dəyişdirməyə qərar verməmişdən əvvəl iki dəfə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə görüşüb:

"İtaliyalı mütəxəssisin məhz bu etimadı mənim üçün həlledici oldu. Martda yığmada bir anda üç oyun keçirdim.

Əvvəlcə DÇ-2022-nin seçmə mərhələsində Kriştianu Ronaldonun kapitanı olduğu Portuqaliya ilə matçda, ardınca Qətərlə yoldaşlıq görüşündə, ən sonda isə Serbiya ilə görüşdə meydana çıxdım.

Məhz sonuncu qarşılaşmada xal qazanmağa yaxın idik, amma bəxtimiz gətirmədi. Ümid edirəm ki, qazandığım beynəlxalq təcrübə bu yaxınlarda müqaviləmi bir il uzatdığım "Minay"da mənim üçün faydalı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti