AFFA De Byazinin onu yığmaya qaytarmasına icazə vermədi

21 Aprel 2021 21:20 Milli komanda 1 681
AFFA De Byazinin onu yığmaya qaytarmasına icazə vermədi

Millinin baş məşqçisi Canni De Byazi Almaniyanın II Bundesliqasında çıxış edən Dmitri Nazarovla bağlı AFFA rəsmiləri ilə məsləhətləşib.

İtaliyalı çalışdırıcı “Aue”nin formasını geyinən yarımmüdafiəçini qarşıdakı yoxlama görüşlərinə dəvət etmək istədiyini bildirib.

Lakin federasiya mənsubları onun bu niyyətinə qarşı çıxıb. Apenninli çalışdırıcının diqqətinə çatdırılıb ki, Nazarov yalnız pulu düşünür və onun milliyə qayıdışı düşərgədə ab-havanı pozacaq.

Doğrudan da, əslən qazaxıstanlı futbolçunun AFFA başbilənləri ilə münasibətləri pozulub. Bunun kökü 2018-ci ildən keçirilməsinə başlanan UEFA Millətlər Liqası ilə bağlıdır.

Belə ki, yığmamız Qurban Qurbanovun rəhbərliyi altında həmin turnirdə 9 xal toplayıb. Federasiya müxtəlif bəhanələr gətirərək, qeydə alınan nəticələrə görə komanda üzvlərinə mükafat verməyib.

Futbolçulardan yalnız Dmitri inadından dönməyib və mübahisə edib, nəticədə ona düşən mükafat payını son qəpiyinə kimi alııb.

AFFA təmsilçilərinin bu hadisədən sonra Nazarova münasibəti 180 dərəcə dəyişib və millinin qaapıları üzünə bağlanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti