"Ukrayna millisindən dəvət gözləyə bilməzdim, odur ki, Azərbaycanı seçdim"

21 Aprel 2021 18:00 Milli komanda 1 019
"Ukrayna millisindən dəvət gözləyə bilməzdim, odur ki, Azərbaycanı seçdim"

"Açığı, özümü beynəlxalq arenada sınamağı çox istəyirdim.

İlk dəfə Azərbaycan millisində oynamaq fürsətimin ola biləcəyini 1 il əvvəl öyrəndim. Axı, ata tərəfdən bu ölkə ilə bağlılığım var".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Ukraynanın "Minay" klubunun futbolçusu Anatoli Nuriyev "Komanda1" nəşrinə müsahibəsində Azərbaycan yığmasına dəvət alması barədə danışarkən deyib.

Nuriyev bildirib ki, Zakarpatye futbolunun yetirməsi kimi hər zaman Ukrayna yığmasında çıxış etmək istəyib:

"Hər zaman realist olmuşam. Bilirdim ki, Andrey Şevçenkonun komandasında yarımmüdafiəçilər arasında qızğın rəqabət var. Ona görə də Ukrayna millisindən dəvət gözləyə bilməzdim".

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?