AFFA “Traktor”un hücumçusunu yığmay gətirmək istəyir

21 Aprel 2021 14:20 Milli komanda 1 469
AFFA “Traktor”un hücumçusunu yığmay gətirmək istəyir

Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazinin göstərişi ilə milliləşdirilmə prosesini sürətləndirən AFFA daha bir futbolçunu gözaltı edib.

Sportinfo.az xəbər verir ki, apasport.az-ın əldə etdiyi məlumata görə, assosiasiya "Taktor”un hücumçusu Məhəmməd Abbaszadə ilə maraqlanır.

30 yaşlı forvardın qolçuluq bacarığını ötən ilindən formasını geyindiyi “Taktor”da da davam etdirməsi skautların diqqətindən yayınmayıb.

Üstəlik, Abbaszadənin indiyə qədər İran millisinə çağırılmaması da AFFA rəhbərliyini ümidləndirib.

Təcrübəli futbolçu Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində aprelin 14-də “Paxtakor”la səfər matçında dubl edərək (3:3), komandasına 1 xal qazandırıb.

Bu mövsüm “Traktor”un heyətində İran çempionatında 9 qola imza atan Məhəmməd Abbaszadə bombardirlər yarışında 3-cü pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu