"Əgər Azərbaycan bu qrupda dördüncü pilləni qazana bilsə…"

15 Aprel 2021 14:00 Milli komanda 3 461
"Əgər Azərbaycan bu qrupda dördüncü pilləni qazana bilsə…"

"Dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin nə qədər xal toplayacağını söyləmək çox çətindir".

Sportinfo.az xəbər verir ki, yığmmızın sabiq baş məşqçisi Nikola Yurçeviç bu açıqlama ilə çıxış edib.

54 yaşlı xorvatiyalı mütəxəssis millimizin DÇ-2022-də çətin qrupda yer aldığını söyləyib: "Həqiqətən çətin qrupdur. Bu qrupda Portuqaliya Serbiya kimi Avropanın TOP komandaları var.

İrlandiya yaxşı komandadır, göstərdiyi oyunla heyətində Avropanın müxtəlif klublarında çıxış edən futbolçulara malik olan Lüksemburq nə qədər keyfiyyətli komanda olduğunu sübut edir.

Bu səbəbdən deyə bilərəm ki, qrup çox çətindir. Ola bilər ki, Azərbaycan millisinin İrlandiya və Lüksemburqa qarşı bir neçə xal qazanmaq şansları olacaq.

Əgər Azərbaycan bu qrupda dördüncü pilləni qazana bilsə, o zaman bu, həqiqətən böyük uğur olacaq".

Digər Xəbərlər
Xəbər Lenti