"Mənim dövrümdəki Azərbaycan millisi ilə indiki arasında olan ən böyük fərq budur"

13 Aprel 2021 18:00 Milli komanda 714
"Mənim dövrümdəki Azərbaycan millisi ilə indiki arasında olan ən böyük fərq budur"

Nikola Yurveçiç çalışdırdığı Azərbaycan millisi ilə hazırkı yığmanı da müqayisə edib.

Sportinfo.az xəbər verir ki, ölkəmizdə 1 il çalışmış xorvatiyalı mütəxəssis bu barədə deyib:

"Mənim dövrümdəki Azərbaycan millisi ilə indiki Canni De Biyazinin rəhbərlik etdiyini komandanı müqayisə etsək, 1 fərqi görərəm. Mənim vaxtımda millidə 5-6 legioner çıxış edirdi.

Dmitri Nazarov, Eddi İsrafilov, Dadaşov qardaşları, Ramil Şeydayev və Riçard Almeyda bu komandada oynayırdı. Düşünmürəm ki, komanda daha təcrübəli idi.

Amma Canni De Biyazi gənc və Azərbaycanda çıxış edən futbolçulara şans verir, cəmi 1 legioner var. Mənim dövrümdəki Azərbaycan millisi ilə indiki arasında olan ən böyük fərq budur".

Digər Xəbərlər
Xəbər Lenti