Millimizin futbolçuları QORXAQDIR? – Görün, nə dedi!

11 Aprel 2021 16:40 Milli komanda 1 357
Millimizin futbolçuları QORXAQDIR? – Görün, nə dedi!

"Biz çox güclü rəqiblərə qarşı çıxış etdik".

Sportinfo.az xəbər verir ki, bu fikirlər yığmamızın baş məşqçisi Canni De Byaziyə məxsusdur.

İtalyan mütəxəssis DÇ-2022-nin seçmə mərhələsinin ilk 3 turu barədə fikirlərini bölüşüb. O, Portuqaliyaya 0:1, Qətər və Serbiyaya 1:2 hesablı məğlubiyyətlər haqda bunları deyib:

"Portuqaliya FIFA reytinqində 4-cü pillədə qərarlaşıb və 2016-cı ildə Avropa çempionu olub. Fikirəşirəm ki, çox güclü yığmadır.

Onlara qarşı matçın ilk hissəsində futbolçularıma çox irad tuturdum. Öz oyunumuzu sərgiləmirdik, qorxa-qorxa oynayırdıq. Bu, məni çox əsəbiləşdirirdi.

Heç vaxt istəmirəm ki, komandalarım qorxaq futbol oynasınlar. İkinci yarıda oyunumuz bir az yaxşı keçdi. Qorxmurduq, çalışırdıq öz oyunumuzu göstərək.

Serbiya isə həm individual, həm də komanda baxımından bizdən qat-qat üstündür. Futbolçuların çoxu güclü çempionatlarda çıxış edir.

Bu mənada böyük təcrübələri var. Düşünürəm ki, Serbiyaya qarşı da yaxşı oyun keçirdik".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!