“Qarabağ” Azərbaycanın başını uca edir – Bəs millimiz niyə həmişə uduzur? - VİDEO

11 Aprel 2021 13:00 Milli komanda 1 417
“Qarabağ” Azərbaycanın başını uca edir – Bəs millimiz niyə həmişə uduzur? - VİDEO

Futbol ictimaiyyəti millinin ardıcıl uğursuzluğu və ölkə futbolunun dibə vurmasında futbol veteranlarını da ittiham edir.

Onların fikrincə tanınmış veteranlar AFFA-dan aldıqları cüzi əmək haqqı, bir qismi iş qarşılığında susur və tənqiddən yan qaçıb ümumi sözlər deyirlər.

Karlos Alberto Torresdən bu yana milliyə gətirilən əcnəbi məşqçilərin – Berti Foqtsdan tutmuş hazırkı baş məşqçi Cianni De Byaziyə qədər yığdıqları xalı elə yerli məşqçilər də qazanıb.

O zaman əcnəbilərə ayrılan bu qədər pulun əvəzini hara xərcləyib futbolun inkişafına təkan vermiş olardıq?

Dünya çempionatının 2022-ci ildə keçiriləcək oyunları üçün seçmə mərhələdə millimiz nəinki bir xal belə qazanmayıb, Qətər kimi ölkənin yığmasına da yoldaşlıq görüşündə məğlub olub.

Niyə millimiz bu gündədir? Ordusu Qarabağda zəfər çalan ölkənin milli komandası ən azı bu tarixi qələbədən ruhlanaraq meydanda ürək qoymalıydı. Amma futbolçular meydana sanki ölüvay vəziyyətdə, həvəssiz çıxırlar.

Əvəzində isə döyüş meydanında darmadağın edilmiş, siyasi rəhbərliyi hərbi kapitulyasiyaya imza atmış Ermənistanın futbol üzrə yığma komandası dünya çempionu olmuş Almaniyanın yer aldığı qrupda ardıcıl 3 qələbə ilə liderliyə qalxıb.

Eləcə də gürcü qonşularımız dünya çempionu İspaniyanı son dəqiqədə qol yeməsə, az qala udacaqdı, yunanlarla heç-heçə oynayırlar. Bizim milli isə düzəlmir ki, düzəlmir...

“Qarabağ” bu illər ərzində ürəyimizi çox açdı, başımızı uca etdi, adına layiq oynadı və buna görə təşəkkürümüz sonsuzdur. Amma milli komanda bir başqa duyğudur.

İndi Şuşada bayrağımız dalğalanandan sonra da milli komandanın bu cür məğlubiyyətləri yenidən sıralamasının səbəbi nədir?

Eyni zamanda ölkə çempionatı idman ictimaiyyəti tərəfindən sərt tənqid olunur. Buna daha çox “Abşeron birinciliyi” adı vermək olar.

Çünki klubların əksəriyyəti Bakı komandalarıdır və vaxtilə bölgə komandalarının iştirak etdiyi o rəqabətli turnir artıq yoxdur. İndi nə Gəncə “Kəpəz”i, nə Şəmkir, nə Tovuz “Turan”ı, nə Yevlax “Karvan”ı, nə Lənkəran “Xəzər”i və digərləri var.

Bu halda necə futbolçu yetişə, regionlarda inkişaf gedə, milli üçün meydanda ürəyini qoyan istedadlı oyunçular yetişdirmək olar?

Musavat TV-nin canlı yayımlanan “Həftə içi” proqramı Azərbaycan futboluna işıq salır.

Millimizin vaxtilə baş məşqçisi olmuş, AFFA Məşqçilər Komitəsinin üzvü bu yaxınlarda “Moldova, Belarus 0:8 uduzur. Bizdə irəliləyiş var” deyən Şahin Diniyev suallarımızı cavablandırır.

Digər Xəbərlər
Xəbər Lenti