Millinin futbolçuları De Byazidən AFFA-ya şikayət etdi

9 Aprel 2021 17:40 Milli komanda 1 870
Millinin futbolçuları De Byazidən AFFA-ya şikayət etdi

Millinin futbolçuları AFFA-ya müraciət edib.

Bu barədə Sportinfo.az-a məlumat federasiyadan daxil olub.

Bildirilib ki, oyunçulardan bir qrupu Canni De Byazidən şikayətlənib. Belə ki, onlar DÇ-2022-nin seçmə mərhələsində qeydə alınan 3 məğlubiyyətin səbəbləri arasında baş məşqçinin keçdiyi hazırlıq prosesini də göstəriblər.

Komanda üzvləri italiyalı çalışdırıcının toplanış vaxtı onlara hər gün 2 dəfə ağır məşq verdiyini, bunun nəticəsində yorğunluq əmələ gəldiyini söyləyib.

Futbolçular bu haqda De Byazinin köməkçilərinə də məlumat verdiklərini və «biz ona heç nə deyə bilmərik, sonra üüstümüzə hirslənəcək» cavabı eşitdiklərini deyiblər.

Digər Xəbərlər
Xəbər Lenti