Azərbaycanla oyuna Andorra ilə matçla hazırlaşacaq

8 Aprel 2021 21:00 Milli komanda 681
Azərbaycanla oyuna Andorra ilə matçla hazırlaşacaq

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən İrlandiya yığması yoldaşlıq görüşləri keçirəcək.

Sportinfo.az xəbər verir ki, komanda iyunda iki matçda qüvvəsini sınayacaq.

Stefan Kenninin yetirmələri həmin ayın 3-də Andorranın qonağı olacaqsa, 5 gün sonra Macarıstanla üz-üzə gələcək.

Macarlarla matçın məkanı hələlik bəlli deyil. Bu oyunlar sentyabrda Portuqaliya və Azərbaycana qarşı keçiriləcək rəsmi görüşlərə hazırlıq xarakteri daşıyacaq.

İrlandiya yığması seçmə mərhələnin ilk iki turunda Serbiya (2:3) və Lüksemburqa (0:1) məğlub olub. Sentyabrın 1-də Portuqaliyanın qonağı olacaq irlandlar həmin ayın 4-də millimizi qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi