Uğursuz Canni de Byazi millimizi 2000-ci ilə qaytardı

8 Aprel 2021 13:20 Milli komanda 468
Uğursuz Canni de Byazi millimizi 2000-ci ilə qaytardı

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinə ardıcıl 2 məğlubiyyətlə başlayıb.

Sportinfo.az xəbər verir ki, bu, yığmanın dünya çempionatlarındakı antirekordunun təkrarıdır.

7-ci dəfə seçmə mərhələyə qatılan komandamız yalnız bir dəfə startdakı iki oyunda xala həsrət qalıb. Bu, DÇ-2002-yə təsadüf edib.

2000-ci ildə baş tutan iki qarşılaşmada millimiz İsveçə 0:1, Şimali Makedoniyaya 0:3 hesabı ilə uduzub. Digər 5 tsikldə isə yığma iki görüşə ən azı 1 xal qazanıb.

Bir sözlə, Canni de Byazinin rəhbərliyi ilə komandamız nəticələrinə görə ötən əsrə - 2000-ci ilə qayıdıb. İtaliyalı mütəxəssisin yetirmələri Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə yenilib.

Start baxımından millinin ən uğurlu tsikli ötən mərhələ idi. DÇ-2018-in ilk iki seçmə matçı 6 xalla başa çatmışdı. Maksimal nəticədən təxminən 4,5 il sonra minimal göstərici təkrarlandı.

DÇ-1998

2

1

0

1

1-5

3

DÇ-2002

2

0

0

2

0-4

0

DÇ-2006

2

0

1

1

1-3

1

DÇ-2010

2

0

1

1

0-1

1

DÇ-2014

2

0

1

1

1-4

1

DÇ-2018

2

2

0

0

2-0

6

DÇ-2022

2

0

0

2

1-3

0

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!