Millimizin yeni siması: "Ronaldo haqqında nə deyə bilərəm? Xoş idi"

8 Aprel 2021 11:20 Milli komanda 458
Millimizin yeni siması: "Ronaldo haqqında nə deyə bilərəm? Xoş idi"

"Təəssüratlarım, əlbəttə ki, müsbətdir.

Yığmaya ilk dəfə qoşulanda harada olduğumu və eyni meydanda kimlərlə oynayacağımı yaxşı dərk etmirdim. Evdə isə artıq şüur öz yerinə qayıdır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyev "terrikon.com" saytına açıqlamasında yığmadakı debütü barədə danışarkən deyib.

Ukrayna "Minay"ında çıxış edən 25 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Serbiya kimi rəqiblərə qarşı oynamağın yaxşı təcrübə olduğunu bildirib:

"Emosiyalar azaldıqca, Kriştianu Ronaldo, Brunu Fernandeş, Duşan Tadiç, ümumiyyətlə, Portuqaliya və Serbiya kimi yığmalara qarşı oynamağın nə qədər şərəfli və xoş olduğunu başa düşdüm.

Bu, mənim üçün çox yaxşı təcrübə oldu. Ronaldo haqqında nə deyə bilərəm? Onu izləmək maraqlı idi.

O, böyük nailiyyətləri və titulları olan futbolçudur. Ronaldoya qarşı oynamaq xoş idi".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”