DÇ-2022-yə biabırçı başlayan millimiz 2 pillə gerilədi

7 Aprel 2021 16:20 Milli komanda 815
DÇ-2022-yə biabırçı başlayan millimiz 2 pillə gerilədi

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi 1168,53 xalla hazırda 110-cu sırada qərarlaşıb.

Komanda ötən ayla müqayisədə 2 pillə geriləyib.

Buna Canni De Byazinin baş məşqçilik etdiyi komandanın yoldaşlıq görüşündə Qətərə 1:2, DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə uduzması səbəb olub.

Yığmanın A qrupundakı rəqiblərindən Portuqaliya 1166,12 xalla 5-ci pillədə qalıb. 5 pillə irəliləyən Serbiya 1512 xalla 25-ci, 5 sıra geriləyən İrlandiya millisi 1427,22 xalla 47-cidir.

Lüksemburq isə 2 pillə irəliləyib. Komanda 1244, 86 xalla 96-cı yerdədir.

1505,05 xala malik Türkiyə millisi 3 pillə irəliləyərək 29-cu olub. Reytinqin ilk 3 pilləsində Belçika (1783, 38), Fransa (1757,3) və Braziliya (1742, 65) yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!