İndi də deyir: "Bir az səbrli olaq, yaxşı nəticələr gələcək"

6 Aprel 2021 11:00 Milli komanda 1 078
İndi də deyir: "Bir az səbrli olaq, yaxşı nəticələr gələcək"

"Deyə bilmərik ki, biz təkcə penaltidən qol vururuq".

Sportinfo.az xəbər verir ki, bu sözləri yığmamızın çalışdırıcısı Canni De Byazi işlədib.

65 yaşlı baş məşqçi komandanın hücum xəttində problem olmadığını söyləyib:

"Millətlər Liqasında Lüksemburqla oyunu xatırlamaq istəyirəm. Orada gözəl kombinasiyadan sonra Ramil Şeydayev fərqləndi.

Belə epizodlarımız çox olub. Bəzən onların hamısından faydalana bilmirik.

Başa düşmək lazımdır ki, hər hücumçunun müxtəlif vaxtlarda yaxşı və pis periodları olur. Yaxşı olanda onların hər zərbələri qolla nəticələnir, əksi baş verəndə isə fərqlənə bilmirlər.

Bir az səbrli olmaq lazımdır. Yaxşı nəticələr gələcək. Portuqaliya və Serbiya ilə oyuna görə futbolçulardan razıyam.

Hər iki görüşdə məğlub olduq, adətən, belə olanda razı qalmıram. Amma rəqiblər çox güclü idi. Ümumilikdə yaxşı siqnallar gördük".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"