De Byazi 3 məğlubiyyət haqda: "Bu, hələ başlanğıcdır"

6 Aprel 2021 00:42 Milli komanda 650
De Byazi 3 məğlubiyyət haqda: "Bu, hələ başlanğıcdır"

"DÇ-2022-nin ilk iki seçmə oyununda texniki baxımdan özümüzdən güclü komandalara qarşı oynadıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqşisi Canni De Byazi "CBC Sport"da yayımlanan "Bizim futbol" verilişində müsahibəsində deyib.

Azərbaycan seçmə mərhələnin ilk matçında Portuqaliyaya 0:1, ikinci görüşdə Qətərə 1:2, daha sonra Serbiyaya 1:2 hesabı ilə uduzub.

İtaliyalı mütəxəssis bildirib ki, yaranan şanslardan mütləq yararlanmaq lazım idi:

"Onların güclü tərəflərini öyrənmişdik. Məhz bu səbəbdən daha çox müdafiəçi ilə çıxış edirdik. Bizim də şanslarımızın olacağını bilirdik. Bu, hələ başlanğıcdır. Yolumuz uzundur".

Digər Xəbərlər
Xəbər Lenti