Millidə islahatlar aparmağı qərara aldı: "Onları tanıya bilmirəm"

3 Aprel 2021 19:00 Milli komanda 1 351
Millidə islahatlar aparmağı qərara aldı: "Onları tanıya bilmirəm"

Millinin baş məşqçisi Canni De Byazi bir neçə futbolçunun üstündən xətt çəkib.

İtaliyalı çalışdırıcı bu barədə AFFA rəhbərliyinə bildirib.

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən ilk 3 turun nəticələrini federasiya mənsubları ilə müzakirəyə çıxaran apenninli sükançı konkret ad çəkməsə də, bəzi oyunçuların onu məyus etdiyini gizlətməyib.

De Byazi xüsusilə Qətər və Serbiya ilə görüşlərə işarə vuraraq, komandanın gözləntilərini doğrultmadığını söyləyib.

O, mayda Türkiyə və Moldova ilə keçiriləcək yoxlama oyunları zamanı bu məqamları nəzərə alacağını vurğulayıb:

"Burada elə futbolçular var ki, bir oyuna çıxandan sonra çox arxayınlaşıblar, özlərini yuxarıda görürlər. Bəzən onları tanıya bilmirəm».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!