De Byazidən yeni nağıl: "Azərbaycan millisində irəliləyiş görürəm"

3 Aprel 2021 17:20 Milli komanda 822
De Byazidən yeni nağıl: "Azərbaycan millisində irəliləyiş görürəm"

"Azərbaycan millisi ilə bağlı əlavə nə isə deməyə ehtiyac görmürəm.

Çünki açıq şəkildə bildirdim ki, bu ölkənin Albaniya yığmasının üzvləri kimi güclü çempionatlarda oynayan futbolçuları yoxdur. Şübhəsiz, bu, çox böyük önəm daşıyır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi yığmanın DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya və Serbiya ilə oyunlardakı çıxışını dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis çətin qrupa düşdüklərini bildirib: "Həqiqətən ağır qrupdur. Çünki Portuqaliya və Serbiya ilə oynamaq asan deyil.

Digər tərəfdən, bəxtimiz gətirmədi. Portuqaliya ilə görüşdə öz qapımıza qol vurduq. Serbiya ilə matçda isə son dəqiqələrdə buraxdığımız qolla uduzduq.

Amma mən komandada irəliləyiş görürəm. Bu, daim inkişafa can atan kollektivdir və gələcəyə inamımız var".

A qrupunda mübarizə aparan Azərbaycan millisi Portuqaliyaya 0:1, Serbiyaya isə 1:2 hesabı ilə uduzub. Qətərlə yoldaşlıq görüşü də görüş də yığmanın məğlubiyyəti ilə başa çatıb - 1:2.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı