Azərbaycanın məğlubiyyəti yığmamızın baş məşqçisini sevindirdi

2 Aprel 2021 22:40 Milli komanda 1 309
Azərbaycanın məğlubiyyəti yığmamızın baş məşqçisini sevindirdi

"Mənim üçün Serbiya millisinin Bakıya gəlişindən yaxşı nə isə ola bilməz. Həmyerlilərimin səfəri məni sevindirdi".

bu fikirləri Azərbaycanın U-21 millisinin baş məşqçisi Milan Obradoviç "sportklub.rs" saytına açıqlamasında Serbiya yığmasının DÇ-2022-nin seçmə mərhələ oyunu üçün Bakıya səfəri barədə danışarkən deyib.

Serbiyalı mütəxəssisin sözlərinə görə, pandemiya səbəbindən həmyerliləri ilə demək olar, görüşə bilməyib:

"Oteli ziyarət etmək qadağan olunduğundan, onlarla istədiyim kimi görüşüb, söhbət edə bilmədim. Hətta bir fincan çay içmək imkanı belə, olmadı".

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinin III turunda evdə Serbiya yığmasına 1:2 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti