Şeydayev dilə gəldi: “Yığmanın çıxışını yaxşı qiymətləndirmirəm, çünki...”

2 Aprel 2021 17:20 Milli komanda 1 203
Şeydayev dilə gəldi: “Yığmanın çıxışını yaxşı qiymətləndirmirəm, çünki...”

"Seçmə mərhələnin ilk 3 oyunundakı çıxışımızı yaxşı qiymətləndirmirəm, çünki xalımız yoxdur.

Amma səylə çalışmağa davam edəcəyik. İnanıram ki, bizdə hər şey alınacaq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, Qətər və Serbiya ilə oyunlarını dəyərləndirərkən deyib.

25 yaşlı hücumçu bildirib ki, serbiyalılarla Bakıdakı qarşılaşmada ələ düşən imkanları qola çevirə bilmədikləri üçün məğlub olublar:

"Yaxşı qol fürsətlərimiz olsa da, istifadə edə bilmədik. Əvəzində son dəqiqələrdə qol buraxdıq. Düşünürəm ki, xal qazanmaq üçün oyunumuzda çatışmayan yeganə amil bu oldu".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"