Millidə QAPALI İCLAS: 10 min söhbətini gizli saxlayın!

2 Aprel 2021 11:40 Milli komanda 2 157
Millidə QAPALI İCLAS: 10 min söhbətini gizli saxlayın!

Dünya çempionatının seçmə mərhələsinin A qrpunda Portuqaliya ilə oyundan (0:1) sonra millinin futbolçularına mükafat vəd olunduğunu bildirmişdik.

Yenilgiyə baxmayaraq, AFFA millinin üzvlərinə mükafat verməyi qərara alıb.

Bu qərar icraçı vitse-prezident Elxan Məmmədov tərəfindən verilib.

Onun tapşırığı ilə hər futbolçuya 10 min manat ödəniləcək. Mükafat Qətərlə beynəlxalq yoldaşlıq görüşünə çıxan komandanı ruhlandırmaq üçün ayrılıb.

Belə ki, Elxan Məmmədov Trindəki maatçdan sonra paltardəyişmə otağına gələrək, AFFA rəhbərliyinin komandanın əzmkarlığından razı qaldığını bildirib.

İcraçı vitse-prezident məğlubiyyətin onları ruhdan salmaması və Qətərlə qarşılaşmaya daha istəkli çıxmaları üçün mükafat təyin etdiklərini vurğulayıb.

E.Məmmədovun söylədikləri kollektiv tərəfindən gözlənilməz qarşılanıb. Hətta baş məşqçi Canni De Byazi və onun italiyalı köməkçiləri AFFA rəhbərinin mükafatla bağlı açıqlamasına təəccüblənib.

Yardımçılardan biri oyunçularla söhbətdə ilk dəfə belə bir halla qarşılaşdığını etiraf edib.

Bizim bu xəbəri tirajlamağıımız federasiya tərəfindən narahatlıqla qarşılanıb. Qurum rəsmiləri və bəzi futbolçular yaydığımız məlumatı təkzib etməyə çalışsa

da, redaksiyamıza məlumdur ki, bu, nədən qaynaqlanır. AFFA mükafat söhbətinin ictimaiyyətdə birmənalı reaksiya doğurmadığını müşahidə etməkdə və ciddi tənqidlərə məruz qalmaqdadır.

Ardıcıl 3 məğlubiyyətdən sonra bu kimi informasiyaların yayılması milli ətrafında yaranan böhranı bir qədər də dərinləşdirəcək gücdədir. Odur ki, bununla bağlı qapalıı toplantının keçirilməsi gözlənilən idi.

Burada federasiya rəsmiləri və məhdud sayda yığma üzvü iştirak edib. Onlara ciddi şəkildə tapşırılıb ki, mükafat barədə mediaya təsdiqedici açıqlama verilməsin.

Həmçinin qeyd olunub ki, məlum informasiyanın mətbuata hansı futbolçular tərəfindən sızdırılması araşdırılacaq. Əslində, bu, onları qorxutmaq məqsədi daşıyır.

Çünki həmin vaxt millinin düşərgəsində başqa şəxslər də yer alıb və informasiyanın çıxış mənbəyini tapmaq qeyri-mümkündür. Bunu, sadəcə, biz bilirik və bir neçə futbolçu qeyri-rəsmi olaraq etiraf edib ki, bu mövzu Turində gündəmə gətirilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı