Avropanın ən zəifləri: Andorra, San Marino, Azərbaycan...

1 Aprel 2021 13:20 Milli komanda 802
Avropanın ən zəifləri: Andorra, San Marino, Azərbaycan...

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin ilk bölümündən sonra 9 komanda xal qazana bilməyib.

Sportinfo.az xəbər verir ki, A qrupunda Azərbaycan və İrlandiya 2, I qrupunda isə Andorra və San Marino 3 rəsmi oyundan sonra xalsızdır.

Digər qruplardan Kosovo, Litva və Estoniya ilk 2, Cəbəllütariq və Lixtenşteyn ilk 3 oyununu məğlubiyyətlə başa vurub. 6 komanda isə seçmə mərhələdə maksimum nəticə göstərib.

İtaliya, Danimarka, İngiltərə və Ermənistan 3, İsveç və İsveçrə isə 2 görüşdə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"