"Şah" yenə fərqləndi - Avropada ən çox qurtarış edən iki qapıçıdan biridir

1 Aprel 2021 13:40 Milli komanda 692
"Şah" yenə fərqləndi - Avropada ən çox qurtarış edən iki qapıçıdan biridir

UEFA DÇ-2022-nin seçmə mərhələsinin 3-cü tur oyunlarından sonra yeni statistik göstəriciləri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev ilk matçlardan sonra ən çox qurtarış edən iki qapıçıdan biridir.

27 yaşlı qolkiper yığmanın Portuqaliya ilə ilk matçda (0:1) 14, Serbiya ilə görüşdə (1:2) 5, ümumilikdə 19 seyvlə yadda qalıb.

San Marinodan Elia Benedettini də 19 qurtarış edib. Lakin o, Məhəmmədəliyevdən fərqli olaraq, bunu 3 görüşdə bacarıb.

Qeyd edək ki, Cəbəllütariq millisinin üzvü Deyl Kilinq isə 18 "seyv"lə üçüncü pillədə qərarlaşıb

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"