AFFA niyə bu futbolçuya Azərbaycan pasportu ala bilməyib?

31 Mart 2021 23:40 Milli komanda 1 443
AFFA niyə bu futbolçuya Azərbaycan pasportu ala bilməyib?

AFFA qarşıdakı 1 ayda daha bir futbolçunu Azərbaycan millisinə cəlb edəcək.

Bu, Ukraynada «Minay»ın formasını geyinən Rüstəm Əhmədzadədir.

Gənc hücumçu, əslində, hələ ötən bu şansı qazanmalı idi. Sadəcə, federasiya hələlik ona Azərbaycan pasportu ala bilməyib.

Səbəb Əhmədzadənin şəxsi sənədlərində ortalığa çıxan çatışmazlıqlardır ki, hüquqi prosedurun tamamlanması üçün onların aradan qaldıırılması vacibdir.

Canni De Byazi hələ fevralda Türkiyənin Antalya bölgəsində "Minay"ın düşərgəsinə baş çəkərək, həm Rüstəm Əhmədzadə, həm də Anatoli Nuriyevlə görüşmüşdü.

Əsas yığmanın baş məşqçisi Nuriyevdən fərqli olaraq, Əhmədzadənin hələ təcrübə toplaması fikri üzərində dayanıb. İtalyan çalışdırıcı Rüstəmin ilkin mərhələdə U-21-də çıxış etməsinə tərəfdardır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!