Millinin baş məşqçisi Canni De Byazi bugünlərdə AFFA rəhbərliyi ilə görüşəcək.
Bu barədə Sportinfo.az-a federasiyadan məlumat daxil olub. Bildirilib ki, italyan mütəxəssisdən DÇ-nin seçmə mərhələsinin ilk 3 turunun nəticələri ilə bağlı raport hazırlaması istənilib.
Bu, konkret AFFA prezidenti Rövnəq Abdullayevin göstərişidir. Qurum rəhbəri uğursuz oyunlar seriyasının səbəblərini De Byazinin özündən eşitmək niyyətində olduğunu bildirib.
Azərbaycan qrupdakı ilk matçında İtaliyada Portuqaliyaya 0:1 hesabı ilə uduzub. Qətərlə yoldaşlıq xarakteri daşıyan görüş də yığmanın məğlubiyyəti ilə başa çatıb - 1:2.
Dünən isə komandamız bakıda serbiyaya 1:2 hesabıyla yenilib. Bundan sonra xalını 7-yə çatdıran serblər liderliyini qoruyub. Xalı olmayan Azərbaycan isə sonuncu pillədə qərarlaşıb.

