Azərbaycan millisi Serbiya ilə DÇ-2022-nin seçmə mərhələ oyununda itki ilə üzləşib.
İkinci hissənin ortasında meydana daxil olan Mahir Emreli 10 dəqiqə sonra zədələnib.
Əzələsi dartılan hücumçu 79-cu dəqiqədə Elvin Cəfərquliyevlə əvəzlənib.
Sportinfo.az-ın məlumatına görə, o, bu gün MRT-dən keçəcək. Millinin həkimi ilə bərabər klinikaya yollanacaq forvarda konkret diaqnoz qoyulacaq.
Hələlik o dəqiqdir ki, Mahir qarşıdakı 10 gündə meydançaya çıxmayacaq. Premyer Liqanın növbəti turunda “Qarabağ”a kömək etməyəcək hücumçunun aprelin ortasınadək sıraya dönməsi gözlənilir.
Bu, onun zədəsinə “ikinci dərəcəli xəsarət” diaznozu qoyulması halında mümkündür. əgər həkimlər aldığı xəsarətin birinci dərəcəli olmasını müəyyənləşdirsə, o, ümumiyyətlə, 3 həftə məcburi istirahətə çəkiləcək.

