Stoykoviç: "Azərbaycan millisinin qolundan sonra çox əsəbiləşdim"

30 Mart 2021 23:00 Milli komanda 1 933
Stoykoviç: "Azərbaycan millisinin qolundan sonra çox əsəbiləşdim"

"Çox çətin oyun gözləyirdik. Amma görüş daha ağır alındı".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Serbiya yığmasının baş məşqçisi Draqan Stoykoviç Bakıda Azərbaycana 2:1 hesabı ilə qalib gəldikləri DÇ-2022-nin seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

56 yaşlı mütəxəssis Azərbaycan millisi yaxşı komanda olduğunu bildirib: "Sürətli əks-hücumlara çıxmağı bacarır. Hesab bərabərləşdikdən sonra bizə daha çətin oldu. Qələbə qazandığımız üçün məmnunuq. Önəmli olan da budur".

Stoykoviçin sözlərinə görə, bu gün qol buraxmaq planda yox idi: "Amma ani diqqətsizlikdən qapımızda qol gördük. Buna görə təəssüflənirəm. Həmin epizoddan sonra çox əsəbiləşdim. Sevinirəım ki, vəziyyəti düzəldə bildik".

Baş məşqçi bu gün 2 qol vuran Aleksandar Mitroviçin şəxsi təyyarəyə layiq olduğunu söyləyib: "Amma bunun üçün pulumuz yoxdur. O, yalnız bu gün yox, hər matçda yaxşı hücumçu olduğunu sübut edib. 3 oyuna 5 qol az deyil".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti