Azərbaycan millisi 2021-ci ilin ilk ev oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, Serbiya ilə DÇ-2022-nin seçmə matçına hazırlaşan yığmanın düşərgəsində 30 futbolçu yer alıb.
Onlar arasında rekordçu Maksim Medvedev millidə 67-ci matçına çıxa bilər. İkinci sırada olan Bədavi Hüseynov da 50-dən çox matça çıxıb.
Ramil Şeydayev 35-ci, Anton Krivotsyuk 15-ci dəfə meydana çıxmaq şansı qazana bilər. Şahruddin Məhəmmədəliyev isə 5-ci dəfə milli forması geyinmək imkanı qazanacaq (apasport.az).
Üç oyunçu - Mehdi Cənnətov, Elvin Cəfərquliyev və Toral Bayramov isə hələlik milli formada debüt etməyib. Onlar arasında meydana çıxacaq ilk futbolçu yığma tarixində 250-ci oyunçu olacaq. İndiyədək 249 futbolçu millinin heyətində şans qazanıb.
Azərbaycan – Serbiya oyunu saat 20:00-da başlayacaq.
|
Futbolçu |
oyun |
qol |
|
Maksim Medvedev |
66 |
4 |
|
Bədavi Hüseynov |
56 |
0 |
|
Ramil Şeydayev |
34 |
6 |
|
Mahir Emreli |
25 |
4 |
|
Namiq Ələsgərov |
22 |
0 |
|
Təmkin Xəlilzadə |
21 |
3 |
|
Emin Mahmudov |
15 |
1 |
|
Anton Krivotsyuk |
14 |
0 |
|
Coşqun Diniyev |
11 |
0 |
|
Bəhlul Mustafazadə |
11 |
0 |
|
Emil Balayev |
10 |
-14 |
|
Abbas Hüseynov |
10 |
0 |
|
Vüqar Mustafayev |
7 |
0 |
|
Azər Salahlı |
6 |
0 |
|
Rəhim Sadıxov |
6 |
0 |
|
Elvin Bədəlov |
5 |
0 |
|
Amil Yunanov |
5 |
0 |
|
Amin Seydiyev |
5 |
0 |
|
Tellur Mütəllimov |
5 |
0 |
|
İsmayıl İbrahimli |
5 |
0 |
|
Şahrudin Məhəmmədliyev |
4 |
-1 |
|
Əli Qurbani |
3 |
0 |
|
Xəyal Nəcəfov |
2 |
0 |
|
Şəhriyar Əliyev |
2 |
0 |
|
Aleksey İsayev |
2 |
0 |
|
Anatoli Nuriyev |
2 |
0 |
|
Sərtan Taşkın |
1 |
0 |
|
Mehdi Cənnətov |
0 |
0 |
|
Elvin Cəfərquliyev |
0 |
0 |
|
Toral Bayramov |
0 |
0 |

