Azərbaycan millisi bu gün Serbiya millisi ilə görüşəcək.
Sportinfo.az xəbər verir ki, DÇ-2022-nin seçmə oyunu iki rəqib arasında 4-cü, Serbiya və Monteneqronu da nəzərə alsaq, 6-cı duel olacaq.
AVRO-2004-ün seçmə mərhələsində birləşmiş yığma ilə qarşılaşan millimiz rəqibindən 2 oyunda 4 xal qoparmağı bacarıb. Lakin sonrakı üç görüşdə uduzan milli ümumi balansda geri düşüb.
1 qələbə və 1 heç-heçəsi olan yığma 3 dəfə məğlubiyyət alıb. Yenilgilərdən ikisi böyükhesablıdır. Top fərqi də balkanlıların xeyrinədir. 6 top vuran millimiz öz qapısından 14 qol buraxıb.
AVRO-2004-ün seçmə mərhələsi
12 fevral 2003. Podqoritsa. Serbiya və Monteneqro – Azərbaycan – 2:2
Predraq Miyatoviç, 33 (pen.), Nikola Lazetiç, 52 // Qurban Qurbanov, 58, 77
11 iyun 2003. Bakı. Azərbaycan – Serbiya və Monteneqro – 2:1
Qurban Qurbanov, 88 (pen.), Fərrux İsmayılov 90+1 // Branko Boşkoviç, 27
AVRO-2008-in seçmə mərhələsi
120. 2 sentyabr 2006. Belqrad. Serbiya – Azərbaycan – 1:0
Nikola Jiqiç, 72
17 oktyabr 2007. Bakı. Azərbaycan – Serbiya – 1:6
Samir Əliyev, 26 // Duşan Toşiç, 4, Nikola Jiqiç, 17, 42, Boşko Yankoviç, 41, Milan Yovanoviç, 75, Danko Lazoviç, 81
Yoxlama oyunu
7 iyun 2015. Sankt-Polten. Azərbaycan – Serbiya – 1:4
Dmitri Nazarov, 39 // Branislav İvanoviç, 10, 63, Adem Lyayiç, 55, Lazar Markoviç, 89

