De Byazi 7 futbolçudan imtina etdi – SON SİYAHI

30 Mart 2021 16:30 Milli komanda 2 587
De Byazi 7 futbolçudan imtina etdi – SON SİYAHI

DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Serbiyanı qəbul edəcək Azərbaycan yığmasının sözügedən oyun üçün heyəti məlum olub.

Sportinf.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bu dəfə baş məşqçi Canni de Byazi 7 futbolçunu siyahıya daxil etməyib. Onlar arasında Azərbaycan Premyer Liqasının bombardiri Namiq Ələsgərov da var.

Sərəncamında 30 oyunçu olan italiyalı mütəxəssis Amil Yunanov, Amin Seydiyev, Bəhlul Mustafazadə, Rəhim Sadıxov, Tellur Mütəllimov və Xəyal Nəcəfovu da "23-lüy”ə daxil etməyib.

Qapıçılar: Emil Balayev, Şahrudin Məhəmmədliyev, Mehdi Cənnətov

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Anton Krivotsyuk, Abbas Hüseynov, Azər Salahlı, Elvin Bədəlov, Şəhriyar Əliyev, Sərtan Taşkın, Təmkin Xəlilzadə

Yarımmüdafiəçilər: Emin Mahmudov, Coşqun Diniyev, Vüqar Mustafayev, İsmayıl İbrahimli, Aleksey İsayev, Elvin Cəfərquliyev, Toral Bayramov

Hücumçular: Ramil Şeydayev, Mahir Emreli, Əli Qurbani, Anatoli Nuriyev

Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti