"Bakıya arxayın yollanıblar"

30 Mart 2021 11:00 Milli komanda 1 331
"Bakıya arxayın yollanıblar"

"Dörd fantastik qol və hər iki qapı qarşısında onlarla təhlükəli vəziyyət izlədik.

Bir oyundan başqa nə gözləyə bilərik?

Yığmanın çıxışından məmnunam. Qəribə səslənə bilər. Amma mənim üçün Portuqaliya ilə 2:2 hesablı heç-heçə ideal nəticədir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri bosniya və herseqovinalı veteran futbolçu Nikola Yokişiç Serbiya millisinin Bakıda Azərbaycana qarşı keçirəcəyi DÇ-2022-nin seçmə oyunundan əvvəl "mondo.ba" nəşrinə açıqlamasında deyib.

1991 - 1992-ci illərdə Serbiya "Voyvodina"sının formasını geyinmiş 50 yaşlı sabiq hücumçu bildirib ki, milli üzvləri bu nəticədən sonra arxayınlaşıblar:

"Komanda Bakıya rahat yollanıb. Amma inanıram ki, futbolçular tam olaraq matça kökləniblər. Onlar Azərbaycan millisinə qarşı da ilk dəqiqədən final fitinədək intizamlı və məsuliyyətli oynayacaqlar".

Martın 30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq Azərbaycan - Serbiya qarşılaşması saat 20:00-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti