Dünya çempionatının say seçmə mərhələsində ikinci məğlubiyyətlə barışdıq.
İş elə gətirdi ki, 4 gün ərzində həm Avropa komandasına, həm də Asiya təmsilçisinə uduzduq.
Portuqaliya ilə oyunda ən böyük uğurumuz Şahrudinin əlcəkləri idisə, Qətərlə görüşdə sevincimizin uzunluğu 11 metr təşkil etdi.
Şərq Qətərindəki qətl gecəsində Lüksemburq qələbə qazandı. Dişimizə görə saydığımız rəqib səfərdə Şimali İrlandıyanı məğlub etdi.
Elə bizim Portuqaliyaya uduzduğumuz hesabla. Yeganə fərq odur ki, biz qolu öz qapımıza vururuq, Lüksemburq isə rəqib qapısına.
Əsas odur ki, qol vurmağı bacarırıq, indi qalır qapını düz tapmaq. Növbəti oyunumuz doğma arenada Serbiya seçməsinə qarşı olacaq.
90 dəqiqəlik oyuna hələ 2 gün var. Bu müddətdə futbolumuzu inkişaf etdirmək mümkün deyil amma problemləri görmək üçün kifayət edər.
Mehman Rəsulov

