"DÇ-2022-yə Azərbaycan kimi yığmaları udanlar gedəcək"

30 Mart 2021 16:20 Milli komanda 1 272
"DÇ-2022-yə Azərbaycan kimi yığmaları udanlar gedəcək"

"Bu komanda və onun hər bir oyunçusu ilə fəxr edirəm. Amma ilk iki oyuna qurduqlarımızı dağıda bilmərik.

Matçdan-matça artırmalı, ürəklə və cəsarətlə oynamalı, qələbələr qazanmağa və xallar toplamağa davam etməliyik".

Sportinfo.az xəbər verir ki, bunu Serbiyanın futbolçusu Stefan Mitroviç evdə Portuqaliya yığması ilə 2:2 hesablı heç-heçə etdikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra deyib.

Fransa "Strasbur"unda çıxış edən 31 yaşlı müdafiəçi martın 30-da Bakıda Azərbaycan millisi ilə keçirəcəkləri görüşə ciddi yanaşmalarının vacibliyini vurğulayıb:

"Azərbaycana soyuq başla getməliyik. Dünya çempionatına bu cür daha zəif rəqiblərlə görüşlərdə xallar toplayan komanda gedəcək. Bu, köklənməli olduğumuz oyundur".

Mitroviç 90+3-cü dəqiqədə Kriştianu Ronaldunun sayılmayan qol epizodunu da şərh edib. Təcrübəli oyunçu topu qapı xətti üzərindən çıxardığını iddia edib:

"Ronaldunun situasiyaya öz baxışı var. O, əsəbiləşə bilər, amma mən topun qapı xəttini keçdiyini düşünmürəm. Nəticədən o qədər də razı deyilik, çünki qələbəyə doğru gedirdik".

Hazırda Serbiya və Portuqaliya 2 oyundan 4 xalla A qrupuna başçılıq edirlər. İlk turda Portuqaliyaya 0:1 hesabı ilə uduzmuş Azərbaycan millisi Serbiyanı Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti