Azərbaycan millisinin bütün qapıçılarının orta etibarlılıq əmsalı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, apasport.az-ın tərtib etdiyi cədvələ ən azı 2 matçda iştirak edən qolkiperlər daxil edilib.
Yığma tarixinin orta hesabla ən az qol buraxan əlcək sahibi Şahruddin Məhəmmədliyevdir. Millinin hazırkı “1 nömrəsi” 4 matçda yalnız 1 top buraxıb. Bu qolu da komanda yoldaşı Maksim Medvedev avtoqolla vurub.
Onun əvəzləyicisi Emil Balayev Qətərlə dünənki matçda daha iki top buraxaraq göstəricisini pisləşdirib. O, 9-cu sırada yer alıb.
16 qapıçının olduğu cədvəldə 2-ci yer Anar Nəzirovun, 3-cü pillə Hüseyn Məhəmmədovundu. Son sırada isə Nizami Sadıqov qərarlaşıb.
Yığmada 1 matça çıxan Ruslan Məcidov, Aqil Məmmədov, Mikayıl Yusifov və Camaləddin Əliyev siyahıya salınmayıb.
|
yer |
qapıçı |
oyun |
qol |
orta |
|
1 |
Şahruddin Məhəmmədliyev |
4 |
-1 |
-0,25 |
|
2 |
Anar Nəzirov |
4 |
-2 |
-0,50 |
|
3 |
Hüseyn Məhəmmədov |
15 |
-12 |
-0,80 |
|
4 |
Rauf Mehdiyev |
5 |
-4 |
-0,80 |
|
5 |
Andrey Popoviç |
2 |
-2 |
-1,00 |
|
6 |
Səlahət Ağayev |
19 |
-24 |
-1,26 |
|
7-8 |
Kazimir Qudiyev |
3 |
-4 |
-1,33 |
|
|
Nadir Şükürov |
3 |
-4 |
-1,33 |
|
9 |
Emil Balayev |
10 |
-14 |
-1,40 |
|
10 |
Cahangir Həsənzadə |
34 |
-48 |
-1,41 |
|
11 |
Kamran Ağayev |
79 |
-119 |
-1,51 |
|
12 |
Fərhad Vəliyev |
32 |
-49 |
-1,53 |
|
13 |
Aleksandr Jidkov |
22 |
-40 |
-1,82 |
|
14 |
Elxan Həsənov |
16 |
-30 |
-1,88 |
|
15 |
Dmitri Kramarenko |
33 |
-73 |
-2,21 |
|
16 |
Nizami Sadıqov |
3 |
-9 |
-3,00 |

