"Serbiya Portuqaliya deyil, topa daha çox nəzarət edə biləcəyik"

29 Mart 2021 09:40 Milli komanda 998
"Serbiya Portuqaliya deyil, topa daha çox nəzarət edə biləcəyik"

"Məncə, komandamız Serbiyaya qarşı daha rahat oynayacaq".

Bu sözlər Sportinfo.az-a açıqlamasında millinin sabiq yarımmüdafiəçisi Rəşad Abdullayev deyib.

O, yığmanın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində sabah Serbiya ilə Bakıda keçirəcəyi matç barədə fikirlərini bölüşüb:

"Komanda Turində intizamlı oynadı. Əsas olan budur. Görünürdü ki, hər kəs öz mövqeyində boşluq vermir.

Düzdür, qol epizodları oldu, ancaq bu da Portuqaliyanın gücündən asılıydı. Hər halda Serbiya Portuqaliya deyil.

Topa daha çox nəzarət edə biləcəyik. Ortada Emin Mahmudov kimi bunu bacaracaq futbolçularımız var.

İkinci hissədə oynadıqları futbolu oynaya bilsələr, yəqin ki, yaxşı nəticə əldə eləmək olar. Çünki ikinci hissə komanda daha rahat oynadı".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti